Kağız emal zavoduna ekskursiyamız.

Azərsun Holdinq” Şirkətlər Qrupu tərəfindən Sumqayıt şəhərində kağızın təkrar emalı zavodu inşa edilmişdir. Tullantı kağızların təkrar emalı zavodu yalnız ölkə bazarını deyil, həm də qonşu respublikaların kağıza olan ehtiyacını təmin etməyi qarşısına məqsəd qoymuşdur.
“Azərsun Holding” Azərbaycanda günlük emal gücü 200 ton, ildə 60.000 ton olan, istifadə olunmuş kağızların təkrar istehsalı müəssisəsini qurmuşdur. Beləliklə, müəssisədə 1 ton tullantı kağızın yenidən istehsalı:

  • 17 ədəd yetişmiş şam ağacının kəsilməsinin,
  • 36 ton CO2 qazının atmosferə atılmasının,
  • 4100 kWh elektrik enerjisi sərfinin,
  • 267 kg kirlədici qazın atmosferə buraxılmasının,
  • 1750 litr yanacaq neftinin sərf olunmasının,
  • 3-4 m3 depolama ərazisindən istifadənin,
  • 85 mmeşə ərazisinin məhv olmasının,
  • 38,8 ton suyun sərf olunmasının qarşısını alacaq. 

Комментариев нет:

Отправить комментарий